Ötən gün Xəzər rayonunda Mərdəkan Mədəniyyət Sarayında Xəzər rayon İcra Hakimiyyətinin və Xəzər rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər günü münasibətilə bayram tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, icra hakimiyyəti başçısının müavini Arif Balayev, Xəzər rayon Polis idarəsinin rəisi İsfəndiyar Mehbalıyev, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Bakı şəhəri Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Yusifov, Xəzər Rayon Gənclər evinin direktoru Əligül Ağayev və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə rayonda "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrasını təmin etmək və müasir Azərbaycanın Gənclər siyasəti üzrə keçirilən tədbirlər, görülən işlər və qazanılan nəaliyyətlər barədə məlumat verilib. Tədbirdə iştirak edən qonaqlar Azərbaycanda və eləcə də Xəzər rayonunda gənclərlə bağlı həyata keçirilən tədbirlərdən danışaraq tədbir iştirakçılarını təbrik etmiş onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.
Tədbirdə çıxış edən Millət vəkili Rauf Əliyev bildirib ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı ildə məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci Forumu keçirildi. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. 1997-ci ildən isə Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda gənclər Günü kimi qeyd olunur. Daha sonra R.Əliyev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verərək, onların cəmiyyətdə özlərini təsdiq etməsində mühüm rol oynayıb. Çıxışının sonunda Rauf Əliyev gəncləri bayramları münasibəti ilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rayonun ictimai həyatında fərqlənən, yaradıcı, istedadlı gənclərin mükafatlandırılması mərasimi keçirilib. Tədbir konsert proqramı ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB