“Gənclərin Dostu” FOTOLAR

30 Yanvar 2019-ci il tarixində Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyi 2 Fevral-Gənclər günü münasibəti ilə “Gənclərin Dostu” Milli Mükafatının təqdimetmə mərasimi təşkil edib. SİA-nın verdiyi məlumata görə, Gənclər Mərkəzinin sədri Kənan Qubadzadə tədbiri açaraq bildirib ki, mükafat təşkilat komitəsinin qərarı ilə keçirilən sorğu nəticəsində müxtəlif sahələrdə çalışan şəxslərə və gənclərə xüsusi qayğı göstərən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına önəm verən, xeyriyyəçilik edən, ictimai-siyasi həyatda fəal iştirak edənlərə təqdim edilib.

Həmçinin təşkil edilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyinin nəzdində "Azərbaycan Gənc Sahibkarlar Klubu "nun yaradılması elan edilib. Klubun koordinatoru Anar Sarıyev və Elvin Hüseynov çıxış edərək tədbir iştirakçıları 2 Fevral Gənclər Günü münasibəti ile təbrik edərək onlara uğurlar arzulayıb və Klubun gələcək fəaliyyəti barədə dolğun məlumat veriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə