Üzdəniraq Əlikram Hümbətov bildirib ki, həbsxanada İsgəndər Həmidovdan bir dəfə istifadə ediblər
Azərbaycan xalqının hərəkatı dövründən heç də təsadüfi olmayaraq, ortaya çıxan, daha dəqiq dəsək, bəlli qüvvələr tərəfindən ortalığa atılan fiqurqantlardan biri də sabiq daxili işlər naziri İsgəndər Həmidovdur. Bu gün AMDP adlı partiyaya sədrlik edən bu şəxsin açıq-aşkar cinayətkar aləmə pərəstiş etdiyini deməsi, bu düşüncə tərzi ilə AXCP sədri Əli Kərimlinin həndəvərində dolanması artıq sözügedən zümrənin hansı "səviyyəyə" malik olduğunu açıq-aşkar sübut etməkdədir. Həm də təsdiq olunur ki, bu üzdəniraq siyasətçilər yalnız dil qəhrəmanıdırlar. Reallıqda onların bacardıqları və ya həyata keçirə biləcəkləri əməli iş yoxdur. Səbəb də bu şəxslərin özlərinin kifayət qədər çirkaba bulaşmalarıdır.
Zamanında özünü reket kimi aparan İsgəndər Həmidov "dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib" məsəlinə uyğun olaraq tutduğu vəzifədən, əldə etdiyi səlahiyyətdən sui-istifadə etməklə, azad fikir söyləyənləri, sağlam ideya irəli sürənləri tənqid və təhqir etməklə kifayətlənməyib, döyməkdən və ya həbsxanaya atmaqdan da belə çəkinməyib. Bu gün də mətbuat səhifələrində İ.Həmidovun o zaman jurnalist kimi fəaliyyət göstərən Zərdüşt Əlizadəni döyüb təhqir etdikdən sonra maşınının baqajına basaraq polis bölməsinə aparması müzakirə olunan mövzulardandır. O, AXC-Müsavat hakimiyyətinin başbilənlərinə qarşı, o cümlədən, prezident Elçibəy haqqında təhqiramiz ifadələr səsləndirib, onları Qarabağa döyüşlərə göndərəcəyi ilə hədələyirdi.
Ümumiyyətlə, İ.Həmidov o zaman daxili işlər naziri kimi ölkədə asayişi qorumaq, cinayətkarlığın aradan qaldırılması istiqamətində tədbirlər görməkdənsə, rəqibəlrini Qarabağa göndərməklə hədələyib sıradan çıxarmağa daha çox əmək sərf edirdi. Bir növ Qarabağ İ.Həmidovun düşmənlərinin zərərsizləşdirilməsi üçün zona hesab olunurdu. Bu təfəkkürün, bu düşüncənin sahibi sonrakı dövrlərdə də bir sıra yaramaz və əxlaqsız əməllər törətməyə cəhdlər göstərdi. Ancaq artıq hüquqi-demokratik dövlət quruluduğundan, onun qeyri-qanuni əməlləri həyata keçə bilmədi. Nəticədə, o başıbəlalı məxluq həbs olundu. Yayılan məlumatlara və sızan informasiyalara görə, həbsxanada da o, özünü əxlaqlı apara bilməyib. Baxmayaraq ki, keçmiş nazir olduğundan, bəzi məhbuslar ona hörmət etməyə çalışıblar.
Hətta oğru dünyasının tanınmış şəxsləri İ.Həmidovu bir sıra xoşagəlməz situasiyalardan qoruya da biliblər. Bu barədə adının çəkilməsini istəməyən keçmş məhbuslardan birinin dedikləri: "Lotu Quli" ilə İsgəndər Həmidovun bir-birinə qarşı hörməti vardı. Keçmişində "paqon" daşımasına görə onun oğru dünyasındakı yeri başqa idi. Kiminsə taleyinin həll olunmasına dair müzakirələrdə iştirak edə bilməzdi. Çünki "katyol"da oğru mandatı yox idi. Kriminal baxımdan olmasa da, siyasi baxımdan avtoritet idi. Ona hamı hörmət bəsləyirdi. Çünki nazir olduğu vaxt 701 nəfəri azadlığa buraxmışdı. İsgəndər Həmidovun olduğu korpusda heç kim karserə salınmır, "sutka" yatmırdı. O, məhkumları qoruyurdu. Bir dəfə gördü ki, tanınmış məhkumlardan birinin ərzağı həddindən artıq çoxdur. Bunu bir həftəyə yeyib qurtara bilməz, ərzaq xarab olacaq. O, həmin ərzaqları götürüb, ehtiyacı olanlara payladı. Ərzağın sahibi olan məhkum isə etiraz etdi. Dedi ki, "bu hərəkətin adı nədir?" İsgəndər Həmidov cavab verdi ki, "adamlar orda acından ölür, sən burda ərzağı xarab edirsən".
Keçmiş məhbusun sözlərinə görə, o, Qobustan həbsxanasında olanda bir dəfə "gəzintidə" maraqlı bir söhbət eşitdim. O başa, bu başa addımlayırdıq. Birdən İsgəndər Həmidov dedi ki, filan kameraya 20 şirvan pul göndərmişəm, xəstələri var. "Lotu Quli"də qayıtdı ki, "niyə elə etmisiz, bəy? Axı ora "praqon" altındadır. Ora "obyavka" olunan "qad"ların kamerasıdır".
Qeyd edək ki, "obyavka" məhbusların statusunun bəyan edilməsidir. "Qad"lar isə hətta üzdəniraqlardan aşağıdır. Zonda ən alçaq, əclaf, yaramaz insanları "qad" adlandırırlar. Onlarla ünsiyyətə girmək olmaz. Təsəvvür edin: üzdəniraqlarla müəyyən ünsiyyətə girmək, məsələn, çay istəsələr vermək olar. Amma "qad"larla heç bir ünsiyyət olmaz. İsgəndər Həmidov da bunu bilə-bilə onlara pul göndərmişdi. "Quli" elə deyəndə, Həmidov bildirdi ki, "mən "paqon" olmuşam, oğru deyiləm. Adam xəstədirsə, yardım etmək lazımdır".
Bu məqamda diqqət çəkən maraqlı məsələlərdən biri də odur ki, İ.Həmidovun "qad"larla əlaqəsi heç də təsadüfi deyil. Bu barədə erməni qazanının dibini yalayanlardan olan Əlikram Hümbətov mətbuata açıqlamalarının birində bildirmişdir ki, o, İ.Həmidovla dostluq əlaqələrinə malik olsa da, heç zaman onunla prinsipial məsələləri bölüşə bilməyib. Ə.Hümbətov şəxsiyyət olaraq İ.Həmidovun utancverici əməllərə sahib olduğunu da qeyd edib. Bildirib ki, İ.Həmidov həbsxanada olduğu zaman ondan bir dəfə istifadə ediblər.
Çox maraqlıdır ki, Ə.Hümbətovun ciddi hesab olunan bu fikirlərinə İ.Həmidovun geniş şəkildə münasibət bildirməməsi müəyyən şübhələrə və ehtimallara əl yeri qoyur. Bu, məsələnin kökündə ciddi nüansların dayanmasını sonrakı mərhələdə İ.Həmidovun etdiyi xoşagəlməz hərəkətləri də gücləndirmiş olur.
AXC hakimiyyəti bir Elçibəydən, bir də İsgəndər Həmidovdan ibarətiymiş?
İ.Həmidov anormal siyasətin daşıyıcısı olduğun Əvəz Zeynallıya verdiyi müsahibəsində də etiraf edir. Misal üçün onun sözügedən müsahibəsində deyilən ifadələrindən biri də guya korrupsiya ilə 1990-cı ildən mübarizə aparması ilə deyilən sözlərdir. Halbuki bu günün öznüdə siyasi korrupsiya sayəsində, qrantlar və bank maxinasiyaları ilə pullar yığan AXCP sədri Əli Kərimlinin həndəvərində hərlənən də, məhz İ.Həmidovdur. Maraqlıdır, əgər o həqiqətən də, korrupsiya ilə mübarizə apardığını iddia edirsə, nəyə görə bununla yanaşı, jarqon ifadə ilə desək, oğru aləminə hörmət etdiyini də etiraf edir? Axı bildiyimiz qədər cinayətkar aləmin əsas mənbəyi elə oğurluq məqsədi ilə əldə edilən pullardır!
Daha bir məsələ AMDP sədrinin AXC iqtidarında olan digər şəxslərin həmin hakimiyyətə aidiyyatlarının olmaması ilə dediyi sözləridir. Əbəs deyil ki, "AXC-dən hakimiyyətdə iki nəfər vardı - biri Əbülfəz Elçibəy idi, biri mən", deyən Həmidov bununla demək istəyir ki, hətta AXCP sədri Əli Kərimli də daxil olmaqla, o zamankı hakimiyyətin bütün üzvləri sadəcə bu iqtidarda təmsil olunublar və əlavə heç bir iş aparmayıblar. Yəqin ki, bu gün AXC hakimiyyətində özündən və Elçibəydən başqa kimsənin olmadığını deyən İ.Həmidov buna görə ciddi şəkildə hücumlara məruz qalacaq. Ən azından, AXCP sədri Ə.Kərimlinin tapşırığı altında olan trolları tərəfindən.
Eldar Həsənovdan alının 50 min manat...
Yeri gəlmişkən, bu gün özünü "təmiz" göstərməyə çalışan İ.Həmodov sabiq prokuror Eldar Həsənovun ölkəni tərk etməsi üçün 50 min manat verdiyini də etiraf edib. Maraqlıdır, bu etirafları edən Həmidov hələ də özünü "vicdanlımı" hiss edir?
Yaxud minlərlə insanların, iş adamlarının haqqına girərək, onları çapıb-talayan Eldar Mahmudovu "mundar suya sal və iç" timsalında "təmizə çıxarmağa çalışan" Həmidov bu qədərmi "kordur"!?
İsgəndər Həmidov Rəsul Quliyevi tutdurmaq istəyirmiş, Elçibəy hakimiyyəti isə...
Daha bir məsələ isə eks-spiker Rəsul Quliyevlə bağlıdır. Belə ki, İ.Həmidov AXC hakimiyyətinin səriştəsizliyini növbəti etirafı ilə ifadə edib. O, Rəsul Quliyevə cinayət işi qaldırdığı halda, onun vəzifəsinin artırıldığını bildirib. Bəli, məhz korrupsionerlərin vəzifələri Elçibəy hakimiyyəti zamanında artırılırdı. Bu isə korrupsiya və rüşvətxorluğun məntiqi nəticəsi idi.
Digər nüans, bu hakimiyyətin qanunlar üzərindən keçərək, şəxsi məqsədləri hesabına onlara xoş olmayan insanları döymələri, linç etmələri idi.
Zərdüşt Əlizadə: "İsgəndər Həmidov danışığına fikir versəniz, onun savadsızın və cahilin biri olduğunu görmək olar"
Əbəs deyil ki, İ.Həmidov o zamanlar Zərdüşt Əlizadəni döydüyünə görə hələ də qürrələnir. Üstəlik, "Kaş Zərdüşt Əlizadəni döyməyəydim, öldürəydim", deyə daxilindəki qeyri-inani mövcudluğunu nümayiş etdirir. Yəni o bu gün hər hansı vəzifədə olsaydı, demək ki, yenidən bu cinayətlərini törətmiş olardı. Bizimlə söhbətində isə, Zərdüşt Əlizadə İ.Həmidovu siyasətçi hesab etmədiyini, onun savadsızın və şərəfsizin biri olduğunu söylədi: "Bir dəfə tədbirlərin birində İ.Həmidovla rastlaşdım. Bir söz demədən, tədbir zalını tərk etdim. İ.Həmidov danışığına fikir versəniz, onun savadsızın və cahilin biri olduğunu görmək olar. Onlar bu gün nə baş verdiyindən bixəbərdirlər. Hələ də keçmişin xəyalları ilə yaşayır və arzulara dalırlar". Z.Əlizadə onu da bildirdi ki, bu zümrə özlərindən yalanlar uydurmaqla, cəmiyyəti aldatmağa çalışırlar: "Bu isə şərəfsizliyin nümunəsidir. Artıq onlar tarixin arxivinə atılıblar. İddiaları əsassızdır. Bu gün qətiyyətsiz və iradəsiz Mütəllibov hakimiyyəti deyil, güclü, qüdrətli, xalqın inandığı və etibar etdiyi hakimiyyət mövcuddur. Bir qədər danışacaqlar, sonra da susmaq məcburiyytində qalacaqlar".
Torpaqlarımız işğala uğradığı halda, İsgəndər Həmidov yalnız Kəlbəcərə görə istafa verib
Bu arada, onun istefaya getməsinin səbəbi kimi Kəlbəcərin işğal olunmasını göstərməsi də anlaşılan deyildi. Çünki cəbhə hakimiyyəti dövründə ard-arda işğal edilən, satılan ərazilərimiz qalır bir tərəfdə, İ.Həmidov yalnız doğulduğu rayonun işğalına görə istefaya getdiyini bildirir. Bu isə eyni zamanda, bu hakimiyyətin regionçuluq, ayrıseçkilik üzərində qurulduğunu sübuta yetirir.
Bəli, bu gün "cinayətkar aləminə hörmətim var" deyən İ.Həmidov nə yaxşı ki, hakimiyyətdə deyil və bu gün onun həndəvərində fırlandığı Əli Kərimli, Cəmil Həsənli və sairləri də məhv olmuş müxalifətdə təmsil olunurlar. Bir sözlə, əgər bu gün bu adamlar öz daxillərində belə adi müxalifəti idarə etmək qabiliyyətində deyillərsə, hakimiyyətə iddiaları ümumiyyətlə heç cür mümkün ola bilməz. Xalq belə cinayətkar qrupları heç vaxt qəbul etməyib, etməyəcək də!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB