Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Dost iş Mərkəzi"nin mətbuat konfransı olub. SİA-nın məlumatın agörə, mərkəzin direktoru Niyazi Rəhimov fəaliyyət barədə məlumat verib.
Mərkəzin direktoru bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında hazırlanan “İşsizin Dostu” proqramının cari ilin əvvəlindən icrasına başlanılıb: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (Dost Agentliyinin) “Dost İş Mərkəzi” tərəfindən proqram çərçivəsində ölkənin rayon və şəhərləri üzrə artıq 16 minədək işsiz vətəndaş əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Nazirlik bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər təşkil edir. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əmək haqqı alır. “İşsizin Dostu” proqramı haqqı ödənilən ictimai işlərin təşkili işlərinin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə xidmət edir. Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon (şəhər) Məşğulluq Mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilirlər. Bu zaman həssas qruplardan olanlara (əlilliyi olanlara, məcburi köçkünlərə, şəhid ailəsi üzvlərinə və b.) üstünlük verilir. "Məşğulluq haqqında" qanununa əsasən, haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilir və bu iş yerləri ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyırlar. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və diğərləri daxildir".
Qeyd edək ki, “İşsizin Dostu” proqramı icrası üçün nəzərdə tutulan vəsait bu il 30 minədək işaxtaran şəxsin ödənişli ictimai işlərə cəlb edilməsinə imkan yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB