QHT-lər Avropa Parlamentinə etiraz edir

QHT-lər Avropa Parlamentinə etiraz edir

Milli Qeyri-Hökumət Təşkilatları Forumunda təmsil olunan qurumlar adından Avropa Parlamentinin deputatlarına müraciət ünvanlanıb. SİA müraciətin mətnini təqdim edir:

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni: “Avropa Parlamenti yanvarın 17-də “Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” qəbul etmişdir. Bu sənədin həbsdə olan gənc bloqqer Mehman Hüseynova qarşı yeni cinayət işinin açılması vəonun guya həbsxanada aclıq aksiyasına başlaması barədə məlumatlar əsasında qəbul edildiyini bilirik. Təəssüf ki, birinci dəfə deyil ki, Avropa Parlamentinin deputatları bir sıra təşkilatlar, şəxslər və hətta bəzi həmkarları tərəfindən aldadılaraq, yoxlanılmamış məlumatlar əsasında bu qurumun adına yaraşmayan qeyri-obyektiv və qərəzli sənədə səs verməyə təhrik olunurlar.

Doğrusu, belə bir mövqe nümayiş etdirməklə Avropa Parlamentinin hansı məqsəd güddüyü, kimə və nəyə xidmət etdiyi Azərbaycan ictimaiyyətinə qaranlıq qalır. Əgər məqsəd insan hüquqları, demokratiya, qanunun aliliyi kimi dəyərlərin qorunması, Azərbaycan hakimiyyətini həmin istiqamətdə beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çağırmaqdırsa, onda eyni münasibət niyə indiyədək başqa dövlətlərə, xüsusilə də insan hüquqlarına tam etinasız yanaşan Ermənistana göstərilməyib? Nə üçün Avropa Parlamenti uzun illər Ermənistanda hökmranlıq etmiş qəddar diktatura rejimi, seçkilərin saxtalaşdırılması, siyasi qətllər və digər cinayətlərlə bağlı adekvat mövqe nümayiş etdirməmişdir? Halbuki Ermənistanda baş verənlərdən hörmətli Avropa parlamentarilərinin kifayət qədər məlumatı olmalı idi. Məgər siz Ermənistanda parlamentin və dinc nümayişçilərin gülləbaran edildiyini, hakimiyyətin siyasi rəqiblərinin fiziki cəhətdən aradan götürüldüyünü, bütün seçkilərin saxtalaşdırıldığını, etirazlara, aclıq aksiyalarına heç bir məhəl qoyulmadığını, 2017-ci ilin martında həbsxanada aclıq aksiyası keçirən siyasi məhbus Artur Sarkisyanın öldüyünü bilmirdiniz? Bəlkə iki gün qabaq həbsxanada iki ay aclıq keçirən digər siyasi məhbus Mqer Eqiazaryanın ölümündən də xəbəriniz yoxdur?

Biz - Azərbaycanın 700-dək vətəndaş cəmiyyəti təsisatını öz ətrafında birləşdirən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təmsilçiləri Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli qətnamə qəbul etmiş deputatlarını öz dəyərlərinə sadiq qalmağa, ikili standartlardan, ayrıseçkilikdənvə islamafobiyadan uzaq olmağa, postsovet məkanında baş verən hadisələrə obyektiv və ədalətlə yanaşmağa dəvət edirik. Ümid edirik ki, sözdə bəyan etdiyiniz dəyər və prinsiplərə heç olmazsa bundan sonra əməldə də sadiq qalacaq, Avropa məkanına daxil olan hər bir ölkədə baş verən proseslərə vaxtında və adekvat qiymət verəcəksiniz”.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Avropa Parlamentinin Ermənistanda ötən il dekabrın 5-dən aclıq aksiyası keçirmiş jurnalist, “Haynews.am” saytının rəhbəri, “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegizaryanın ölümünə reaksiya verməməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatın mətnində deyilir: “Avropa Parlamentinin yanvarın 17-də Azərbaycanla bağlı qətnamə qəbul etməsinin qərəzli, qeyri-obyektiv olmasi bir daha təsdiqini tapdı. Qurumun guya ölkəmizdə insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qərarı siyası konyukturaya söykənidiyi, bəzi siyasi dairələrin istək və məqsədlərinə xidmət etdiyi aydın görünür. Belə olmasaydı 52 gün aclıq aksiyası keçirmiş jurnalist, “Haynews.am” saytının rəhbəri, “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegizaryanın ölümünə reaksiya verilərdi, lazımı qərarlar çıxarılardı. Göründüyü kimi, bu baş vermədi.

Günlərlə davam etmiş aclıq aksiyası nə Ermənistan hakimiyyətini, nə də beynəlxalq insan hüquqlarından dəm vuran təşkilatları narahat edib. Haqlı olaraq suallar yaranır ki, o zaman Avropa Parlamentinin üzvləri nədən Azərbaycanda gənc bloqqer Mehman Hüseynovun qısamüddətli aclıq aksiyasına tələsik qətnamə qəbul etdilər, yoxlanılmamış məlumatlar əsasında bu qurumun adına yaraşmayan qeyri-obyektiv və qərəzli sənədə səs verdilər, Yegizaryanın ölümünə isə mövqe bildirmədilər… Cavab sadədir - təəssüf ki, Avropa Parlamentinin deputatları bir sıra təşkilatlar, şəxslər və hətta bəzi həmkarları tərəfindən dəfələrlə aldadılırlar. Avropa Parlamentinin diqqətinə bir sıra məqamı çatdırmaq istərdik. Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün ordusu yaranıb. Bunun nəticəsində də onların hüquqları kütləvi surətdə pozulub. Daim ədalətdən, beynəlxalq hüququn aliliyindən dəm vuran Avropa Parlamenti adıçəkilən məsələnin ədalətli şəkildə həllinə nail olmaq üçün hansısa addım atıbmı? Qəbul edilən sənədlərdə Ermənistanın təcavüzkar dövlət adlandırılması halına rast gəlinibmi? Təbii ki, xeyr. Bu da Avropanın nüfuzlu qurumunun irəli sürdüyü ikili standartların bariz göstəricisidir. Nə üçün Avropa Parlamenti uzun illər Ermənistanda hökmranlıq etmiş qəddar diktatura rejimi, seçkilərin saxtalaşdırılması, siyasi qətllər və digər cinayətlərlə bağlı adekvat mövqe nümayiş etdirməmişdir? Halbuki Ermənistanda baş verənlərdən hörmətli Avropa parlamentarilərinin kifayət qədər məlumatı olmalı idi.

Məgər siz Ermənistanda parlamentin və dinc nümayişçilərin gülləbaran edildiyini, hakimiyyətin siyasi rəqiblərinin fiziki cəhətdən aradan götürüldüyünü, bütün seçkilərin saxtalaşdırıldığını, etirazlara, aclıq aksiyalarına heç bir məhəl qoyulmadığını, 2017-ci ilin martında həbsxanada aclıq aksiyası keçirən siyasi məhbus Artur Sarkisyanın öldüyünü bilmirdiniz? Göründüyü kimi, suallar hələ də cavabsız qalır. Beləliklə, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi olaraq Avropa Parlamentinin deputatlarını öz dəyərlərinə sadiq qalmağa, ikili standartlardan, ayrıseçkilikdən və islamafobiyadan uzaq olmağa dəvət edirik. Ümid edirik ki, sözdə bəyan etdiyiniz dəyər və prinsiplərə heç olmazsa bundan sonra əməldə də sadiq qalacaq, Avropa məkanına daxil olan hər bir ölkədə baş verən proseslərə vaxtında və adekvat qiymət verəcəksiniz”.

Tanınmış Qeyri-Hökmət Təşkilatının QHT sədri Niyaməddin Orduxanlı Avropa Parlamentinə və Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatına (ATƏT) rəsmi müraciət ünvanlayıb.

QHT sədri bildirib ki, beynəlxalq təşkilatlara müraciət etməsinin əsas səbəbi Ermənistan Respublikasının “Nubarasen” təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan 52 günlük açlıq aksiyasından sonra vəfat etməsidir: “Təşkilatımın adından Avropa Parlamentinin nümayəndələrinə müraciət etdi ki, Ermənistan Respublikasının “Nubarasen” təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan 52 günlük açlıq aksiyasından sonra vəfat edib. Bu şəxs siyasi fəaliyyətinə görə qondarma ittihamlarla həbs edilib və buna etiraz olaraq keçən il dekabrın 5-də aclıq aksiyasına başlayıb. Ermənistanda siyasi hakimiyyət dəyişəndən dərhal sonra yüzlərlə siyasi fəal, partiya üzvləri, keçmiş hərbiçilər həbs olunub. Ölkənin keçmiş prezidenti Robert Koçaryan hal-hazırda həbsdədir. Ermənistanda yaşanan proseslər Avropa Parlamenti (AP) kimi qurumların diqqətindən kənarda qala bilməz.

Demokratik ənənələri, insan hüquqlarını əsas meyar tutan Avropa Parlamenti baş verən hadisəni sükutla qarşılamamalıdır. Xatırlatmaq istərdik ki, Avropa Parlamenti yanvar ayının 17-də təcili qaydada azərbaycanlı bloqçu Mehman Hüseynovun işi ilə bağlı Azərbaycanda qətnamə qəbul etmişdi. Orada Mehman Hüseynovun guya açlıq elan etdiyinə, bu şəxsə qarşı guya yenidən ittiham irəli sürüldüyünə etiraz ifadə olunurdu. Halbuki, bu iddiaların heç biri tam təsdiqini tapmadı və Mehman Hüseynova qarşı da heç bir yeni ittiham irəli sürülmədi. Təcridxanada mübahisə etdiyi şəxslə barışdı və məsələ müsbət həll olundu. Avropa Parlamenti Mehman Hüseynov məsələsini araşdırmadan dərhal Azərbaycan qarşı qətnamə qəbul etdi. Bu gün Azərbayan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Ermənistanda aclıqdan ölən siyasi məhbusla bağlı Avropa Parlamentinin analoji addımı ataraq obyektivlik naminə Ermənistana qarşı dərhal qətnamə qəbul edəcəyini gözləyir. Əks halda Azərbaycan xalqı Avropa Parlamentinin qərəzli, demokratik prinsiplərdən uzaqlaşmış, ikili standartlarla fəalliyyət göstərən qurum kimi qəbul edəcək. Parlamentarilər Ermənistanda siyasi məhbusun ölümünü sıradan bir hadisə kimi qiymətləndirməməlidir. Sizə sual edirik: Niyə susursunuz?! Azərbaycanı olmayan hadisələrdə ittiham edən, hədəf seçən və ona qarşı yubanmadan qətnamə çıxaran Avropa Parlamenti Ermənistanda baş verən daha ağır hadisəni niyə görməməzliyə vurur? Hər bir parlamentari üzvülərini post sovet ölkələrinə münasibət də ayrıseçkiliyə son qoymağa çağırıram! Bərabər hüquqli münasibətin olmasına əməl etməyə dəvət edirəm! Bütün bunlara son qoyulmalıdır! Müsəlman ölkələrinə ədalətli yanaşmağı və Avropada islamafobiyanın yayılmamasına imkan verməməlisiniz! Bu, bir insanlıq borcudur!”.

Niyaməddin Orduxanlının sözlərinə görə, müraciət ingilis dilinə tərcümə olunaraq, hər iki qurumun rəsmi elektron ünvanlarına göndərilib: “ Bizim təşkilatın bu sahədə təcürəbəsi var. Bu günə qədər Azərbaycanın dövlət və milli maraqlarını, həmçinin Qarabağ məsələsinə dair bir necə rəsmi müraciətmiz olmuşdu. Hətta Avropa Parlamentinin bir necə deputatı rəsmi cavab məktubu da göndərmişdi. İnanıram ki, bu dəfə də beynəlxalq qurumlar və parlament üzvüləri bizim təşkilatın rəsmi müraciətinə cavab verəcəklər”.

Ermənistanda partiya sədrinin müavini, siyasi məhbus Mher Yeğizaryan 52 günlük aclıq aksiyasından sonra 26 yanvar tarixində həbsxanada ölüb. Hadisə ilə bağlı beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyinin sədri, internet-media ekspert Səbuhi Abbasov hadisə ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb.

Bəyanatda deyilir: “Məlum olduğu kimi, Ermənistanda partiya sədri Mqer Yeqiazaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada dünyasını dəyişib. Lakin onun keçirdiyi aclıq aksiyası nəticəsində ölməsinə nə AŞPA, Avropa Parlamenti, nə ATƏT, nə Amerika Senatı, nə də digər beynəlxalq qurumlar reaksiya veriblər. Hətta bu fakta dünyanın populyar KİV-lərinin də münasibəti yoxdur. Fakt budur ki, M.Yeqiazaryanın həbsi sırf siyasi motivdə olub və o, həbsxanada aclıq edən siyasi məhbus kimi ölüb.

Bu da Ermənistanda siyasi mənzərənin xaos içində olduğunun göstəricilərindən biridir. Beynəlxalq qurumlar isə bunu görməzliyə vururlar. Qeyri-siyasi motivlərə, daha doğrusu, məişət məsələsinə görə həbs edilən Mehman Hüseynovun həbsini gündəliyə çıxaran, onu “siyasi məhbus” elan edərək qətnamələr qəbul edən Avropa Şurası, ABŞ Senatı, eləcə də digər qurumlar görəsən Ermənistanda baş verən siyasi olaya niyə susqunluqla yanaşırlar?Ümumiyyətlə, beynəlxalq təşkilatlar Ermənistanda baş verən bu dəhşətli hadisəni pisləyən müvafiq qətnamə qəbul etmək əvəzinə susurlar.

Həbsxanada ölən partiya sədrinin ailə üzvləri, oğlu dəfələrlə beynəlxalq qurumlara müraciət ediblər, bu məsələ ilə əlaqədar mətbuat konfransı keçiriblər. Buna baxmayaraq hadisəyə, fakta heç bir reaksiya verilməyib. M.Yeqiazaryanın cinayətkar olmadığı, siyasi motivlərə görə həbs olunduğu da artıq təsdiqlənmişdi. Bu cinayət işinə dəfələrlə Paşinyanın müdaxilə etməsini istəyiblər, lakin hər hansı bir formada bu işə müdaxilə olunmayıb. Bütün bu proseslər faktın özünün nə qədər siyasi motivli olduğunu sübuta yetirib və belə olduğu təqdirdə, beynəlxalq təşkilatların susması sadəcə təəssüf hissi doğurur.

Biz vətəndaş cəmiyyətinin üzvü olaraq Sizin kimi mötəbər təşkilatın ikili standarta yol verməsini təəssüf hissi ilə qarşılayır, nə qədər ki, gec deyil, ədalət naminə hadisəyə hüquqi-siyasi qiymət verilməsini tələb edirik. İrqindən, dinindən, milliyətindən asılı olmayarq hər kəsə, hər bir xalqa, hər bir dövlətə yanaşma eyni olmalıdır. Bu Vətəndaş Cəmiyyətinin təməl prinsipidir”.

“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” Avropa Birliyi Parlamenti nümayəndələrinə müraciət ünvanlayıb.

Hörmətli deputatlar!

Avropa Birliyi parlamentində son illər Azərbaycana qarşı qərəzli münasibət bizi bu müraciəti qəbul etməyə məcbur etdi.

Azərbaycana qarşı 30 ildən artıqdır ki, qonşu Ermənistan tərəfindən təcavüz siyasəti davam edir. Azərbaycan ərazilərinin 20 % Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistanda və Dağlıq Qarabağda yaşayan 1 milyondan artıq azərbaycanlı öz ata baba yurdlarında qovulublar.

Monoetnik ölkəyə çevrilmiş Ermənistanda insan haqları köbud surətdə pozulduğu halda Avropa Birliyi Parlamentariləri buna seyirçi mövqedə yanaşması bizi təcübləndirir. 1999-cu ildə ATƏT-in İstambul sammiti ərəfəsi Ermənistan parlamentinə daxil olan avtomatla silahlanmış terorçuların baş nazir, parlamentin spikeri və digər rəhbər vəzifəli şəxsləri güllələməsi, həbsxanalarda məhbusların, o cümlədən müxalifət partiya nüməyəndələrinin müəmmalı şəkildə öldürülməsi və s. hallar bu ölkədə özbaşnalığın baş alıb getdiyini göstərir.

Bütün bu hallara göz yuman Avropa parlamentarilərinin Azərbaycanda baş verən hər hansı kiçik bir halı böyüdərək ölkəmizə qarşı hücuma keçmələri heç bir məntiqə sığmır.

Biz Avropa Birliyindən bu cür qərəzli yanaşmaya, ölkələrə ikili standartlara yanaşmağa son qoymağı qətiyyətlə tələb edirik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə