“Şəhid ailələri Ölkə başçısına minnətdardılar” MÖVQE-ÖZƏL

“Şəhid ailələri Ölkə başçısına minnətdardılar” MÖVQE-ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşündə Qarabağın dilbər guşələrindən biri olan Ağdamın Gülablı kəndində şəhid olan hərbi qulluqçu Qasımov Bəhram Həmid oğlunun anası Qasımova İltima Etibar qızı da iştirak edib.

Görüş barədə təəssüratların SİA-nın müxbiri ilə bölüşən İ.Qasımova bildirib ki, ölkəmizdə şəhid ailələrinə hər zaman diqqət göstərilib: “Azərbaycan Prezidentinin fərmanı ilə şəhid ailələri üçün ayrılan birdəfəlik yardımdan bizim ailə də yararlanıb. Hər kəsin maliyyəyə ehtiyacı var. Biz də bu maliyyədən öz ehtiyaclarımız üçün istifadə etdik. Ötən gün keçirilən görüşdə Prezident birdəfəlik yardımın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı növbəti Fərman imzaladığını açıqladı. Hesab edirəm ki, bundan sonra da yüzlərlə ailə alacağı pulla ehtiyaclarını ödəyə biləcək”.

Ümumilikdə görüşün yüksək səviyyədə təşkil edildiyini dilə gətirən şəhid anası övladının Vətən uğrunda şəhid olması ilə qürur duyduğunu söyləyib: “Bizim ağrımız çoxdur, acıdır. Amma dünənki görüşlə biz Azərbaycanda şəhid ailəsinin nə qədər yüksək tutulduğunu öz gözlərimizlə gördük. Görüşdə iştirak edən bütün şəhid ailələri buna görə Ölkə başçısına və Onun xanımına minnətdardılar”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni fərmanla birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödə\niləcək vəsaitin həcmi 135 milyon manata çatır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə