Xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyevanın iştirakı ilə Prezident Sarayında şəhid ailələri ilə görüş keçirilib. Şəhid ailələri ilə səmimi söhbəti edən dövlət başçısının birdəfəlik müavinətin illər öncə onu almış şəhid ailələrinə də verilməsi yönündə qərarı bu kateqoriyadan olan şəxslərin məmnunluğuna səbəb olub.
Görüşdə iştirak edən yeni fərmana əsasən birdəfəlik yardım alacaq şəhid Çingiz Orucovun həyat yoldaşı Nazilə Orucova SİA-ya açıqlamasında görüşün ona xoş təsir bağışladığını dilə gətirib.
Ötən günü heç zaman unutmayacağını dilə gətirən N.Orucova dövlət başçısı və Birinci xanımla görüşəcəyini təsəvvürümə belə gətirmədiyini söyləyib: “Dünən mən ən xoş günüm idi. Görüş çox səmimi və bizim üçün böyük mənəvi dəstək idi. Gərgin iş rejimi olmasına baxmayaraq, bizə zaman ayırması Prezidentimiz və Birinci xanımın şəhid ailələrinə göstərdiyi diqqətdir. Buna görə dövlət başçısına dərin minnətdarlığımızı bildiririk”.
Prezident İlham Əliyevin şəhid ailələrinə birdəfəlik yardım alması ilə bağlı yeni fərmanının onların ailəsinə də şamil olunacağını dilə gətirən şəhid yoldaşı bildirib ki, ailə başçısını itirmək çətin olsa da həyat yoldaşının şəhidlik zirvəsinə yüksəlməsi ona təsəlli verir: “İki qızım və bir oğlum var. Onlar atalarının şəhid olması ilə fəxr edirlər. Onlar da ataları kimi vətənpərvər ruhda böyüyüblər”.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Orucov Çingiz Abdulla oğlu Tərtər rayonu-Ağdərə istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən aldığı qəlpə yarasından həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB