Qoşunlarda yeni tədris dövrü başlayıb

Qoşunlarda yeni tədris dövrü başlayıb

Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb. Bütün hərbi hissələrdə keçirilən tədbirlərdə tədris dövrü üçün əsas məqsədlər və vəzifələr, eləcə də onların icra qaydaları diqqətə çatdırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə təşkil edilərək aparılacaq.

Dərslərin birinci günündə bütün hərbi hissələrdə yüksək səmərəliliyi və keyfiyyəti ilə fərqlənən döyüş hazırlığı üzrə məşqlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə