“Biz şəhid ailələrinə dövlət tərəfindən yüksək diqqət göstərilib” - Özəl - münasibət
Dünən ölkə başçısı İlham Əliyevin şəhid ailələri ilə olan görüşündə Milli Qəhrəman Məzahir Rüstəmovun həyat yoldaşı Rəsmiyyə Rüstəmova da iştirak edib. SİA-ya verdiyi açıqlamada şəhidin xanımı bunları bildirib:
“Dünən Prezidentimizin şəhid ailələri ilə olan görüşü bizi çox sevindirdi. Prezident İlham Əliyevin bu humanist addımı olduqca təqdirəlayiqdir. Mən bir şəhid yoldaşı kimi Prezidentimizin şəhid ailələrinə olan diqqət və qayğısına illər öncədən şahid olmuşam. Yoldaşım Məzahir Rüstəmov 1992-ci ildə Gədəbəy bölgəsində qərəmanlıq göstərərək müharibədə şəhid olub. Məzahir Rüstəmovun qəhrəmanlığına dövlət tərəfindən yüksək diqqət göstərilib. Onun adına məktəb və küçə verilib. Həmin küçədə iki otaqlı mənzillə təmin olunmuşuq. Bizim bir qızımız var. Hazırda o mənzildə yaşayıram və göstərilən diqqət üçün Prezidentimizə dərin təşəkkürümü bildirirəm.
Onu da deyim ki, Məzahir Rüstəmov 30-a yaxın ermənini məhv edib və düşmən əlinə keçməsin deyə özünü qumbara ilə partladaraq şəhid olmuşdur. Onun xatirəsi hər zaman yaşayır və bundan sonra da yaşayacaq. Nizami rayonunda yerləşən 32 saylı məktəb qəhrəmanın adını daşıyır. Bizə göstərdiyi diqqət və qayğıya görə Prezidentimizə təşəkkür edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB