“Gənclərin Dostu” mükafatı kimlərə təqdim ediləcək?

“Gənclərin Dostu” mükafatı kimlərə təqdim ediləcək?

Hər il olduğu kimi bu il də Azərbaycan Gənclər Mərkəzi "Gənclərin Dostu" Milli Mükafatını təqdim etməyə hazırlaşır. Bu barədə SİA-ya Mərkəzdən məlumat verilib. Bunun üçün artıq regionlarda sorğu və monitorinqlərə start verilib. Sorğu və monitorinqlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Lənkaran, Astara, Quba, Qusar bölgələrində aparılacaq. Nəzərdə tutulan proqrama əsasən Bakı, Sumqayıt, Gəncə və Lənkaran şəhərlərində 1000, digər nəzərdə tutulan bölgələrdə isə 700 respondent arasında keçirilən sorğular nəticəsində nominantlar müəyyənləşəcək. Mükafatlar "Gənclər günü" ərəfəsində aşağıdakı nomnasiyalar üzrə təqdim olunacaq.

1. Elm və təhsil sahəsində xidmətlərinə görə

2. Mədəniyyət və incəsənət sahəsində fəaliyyətinə görə

3. Gənclərin işlə təmin olunmasında göstərdiyi dəstəyə görə

4. İdman sahəsində fəaliyyətinə görə

5. Rayon ərazisində gənclərə yaradılan şəraitə görə

6. Gənclər təşkilatları və QHT-lərlə əməkdaşlığa görə

7. Gənclərin layihələrinin reallaşmasında dəstəyinə görə

8. Vətənpəvərlik ruhunun və milli mənəvi dəyərlərin aşılanmasında xidmətlərinə görə

9. Gənclərin intellektual səviyyələrinin artırılmasında xidmətlərinə görə

10. Gənclərin xaricdə təhsil proqramlarında iştirakını təmin etdiyi üçün.

11. Gənclərin hüquqlarının müdafiəsinə görə

12. Gəncləri ən çox dəstəkləyən dövlət qurumunun başçısı

13. Gənc ailələrə dəstəyə görə

14. Gənclərin fəaliyyətinə media dəstəyi

15. Gənclərin layihələrini ən çox dəstəkləyən biznes qurumu

16. Gənclərin sağlam həyat tərzinin təmin olunmasındaki xidmətlərinə görə

Qeyd edək ki, "Gənclərin Dostu" Milli Mükafatı Azərbaycan Gənclər Mərkəzi tərəfindən 2007-ci ildə İdarə heyətinin qərarı ilə təsis olunub. Məqsəd hər il "Gənclər günü" ərəfəsində gənclər sferasında fəaliyyət göstərən, gənclərə dəstək olan hüquqi və fiziki şəxsləri sorğu və monitorinqlər nəticəsində müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətlərini qiymətləndirməkdir. Eyni zamanda, onlara simvolik olaraq"Gənclərin Dostu" Milli Mükafatını təqdim etməklə gələcəkdə bu istiqamətdə əməli fəaliyyətlərini daha da stimullaşdırmaq və onların hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasını vurğulamaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə