Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Neftçala rayonunda keçirəcəyi vətəndaş qəbulu fevralın 8-nə təyin olunub. ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, qəbulda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinləri iştriak edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) müraciətləri cavablandırılacaq.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB