“Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” TƏDBİR

“Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi”  TƏDBİR

Bu gün, 28 yanvar tarixində Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı, Azərbaycan Dillər Universitetinin dəstəyi ilə “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda birgə panel keçirilib. SİA xəbər verir ki, paneldə Seyid Yəhya Şirvani Bakuvi, təsəvvüf, xəlvətilik və birgəyaşayış ənənəsi mövzusunda mühazirələr dinlənilib. Tədbirdə millət vəkilləri, alimlər, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.

Panel çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Türk Təsəvvüf Musiqi Konsertinin keçirilməsi nəzərdə tutulub.

İki günlük panelin ikinci hissəsi 29 yanvar tarixində Şamaxı şəhərində davam etdiriləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə