Yaponiya hökuməti Azərbaycanda daha 2 layihə həyata keçirəcək

Yaponiya hökuməti Azərbaycanda daha 2 layihə həyata keçirəcək

Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində bu həftə 2 layihənin imzalanması keçiriləcək. Yaponiyanın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, yanvarın 13-də "Şəkinin Kiş kəndində uşaq bağçasının tikintisi layihəsi", yanvarın 14-də isə "Gəncə Sənət Təhsil Mərkəzinin İnfrastrukturunun Yaxşılaşdırılması layihəsi" qrant sazişlərinin imzalanması mərasimləri keçiriləcək.

 

Tədbirlərdə Yaponiyanın Azərbaycandakı səfiri Şuşuke Vatanabe iştirak edəcək. Kiş kəndində həyata keçiriləcək layihənin dəyəri 86,269 ABŞ dolları, Gəncədə realizə olunacaq layihənin isə 69,380 ABŞ dollarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə