"Ölkəmizdə səhiyyənin inkişafına kifayət qədər dövlət dəstəyi var”

"Ölkəmizdə səhiyyənin inkişafına kifayət qədər dövlət dəstəyi var”

“Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkibində səhiyyəsi sahəsinə ayrılan diqqət xüsusi önəm kəsb edir. Ölkəmizdə bu sahənin inkişafına güclü dövlət dəstəyi göstərilir”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədr müavini, YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.

Son 15 ildə görülən işlər nəticəsində Azərbaycanda ən ucqar bölgəsində belə yeni tibb məntəqələrinin fəaliyyət göstərdiyini deyən YAP Qadınlar Şurasının sədr müavini bildirib ki, Azərbaycan səhiyyəsinin 15 il əvvəlki və indiki vəziyyətinin müqayisə olunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz.

M.İbrahimova vurğulayıb ki, son 15 ildə 600-dən çox yeni tibb müəssisələri inşa olunaraq istifadəyə verilməsi və ya əsaslı təmir olunması Azərbaycan vətəndaşların sağlamlığına, ümumilikdə insan amilinə verilən qiymətin göstəricisidir: “Dövlət səhiyyə sahəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün lazımi addımları atılmasında əsas məqsəd vətəndaşlarımızın yüksək səviyyəli tibbi xidmət ala bilməsidir”.

YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən tibb ocaqlarının müasir avadanlıqlar təchiz olunması nəticəsində insanlar zamanında profilaktik müayinələrdən keçir və xəstəliklər tez aşkarlanır: “Bütün bunlar o deməkdir ki, səhiyyə sistemində qayğı insanların xəstələnməsindən sonra deyil, ondan öncə, yəni profilaktika zamanı da özünü göstərməkdədir. Ölkə səhiyyəsinin əsas məqsədi insanların tez bir zamanda sağalaraq iş qabiliyyətini daha tez bərpa etməsi, həyata, cəmiyyətə, ailəyə daha tez inteqrasiya edilməsidir. Bu sahə ilə bağlı ayrı-ayrı Dövlət Proqramları həyata keçirilir ki, bura şəkərli diabet xəstələrinin dərman təchizatı, onkoloji xəstələrin şiş əleyhinə, hemodializ xəstələrinə dərman preparatlarının təmin olunması daxildir. Bu proqramların həyata keçirilməsi üçün dövlət tərəfindən külli miqdarda vəsait ayrılır ki, sözügedən xəstəliklərin qarşısı alınsın, insanlar sağlam və rahat yaşasınlar. Bütün bunlar əlbəttə ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqəti və qayğısı nəticəsində mümkün olub”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə