"Bu gün ölkədə peşəkar kadrlar daha çox özəl sektora üz tuturlar. Bu da ona görə baş verir ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda əmək haqqı daha yüksəkdir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, peşəkar kadrları dövlət sektorunda saxlamaq üçün motivasiya xarakterli addımlar atılmalıdır. M.Abbaszadə qeyd edib ki, hazırkı mövcud qanunvericilikdə də dövlət qulluqçularının qiymətləndirilməsi sistemi var: "Lakin bu fəaliyyətin nəticəsi yalnız mənəvi baxımdan dəyərləndirilir, yəni pisdirsə töhmət, yaxşıdırsa təşəkkürnamə ala bilər. Bu fəaliyyətin nəticəsi dövlət qulluqçusunun əmək haqqına heç bir təsir göstərmir. Biz dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni təklifləri qanunvericilik bazasına daxil etmək təşəbbüsündən çıxış etmişik".
DİM sədri əlavə edib ki, hər bir dövlət qulluqçusu öz işində kriteriyaları əvvəlcədən bilib işləyəndə o daha həvəsli olacaq və maaşında müsbət təsiri olacaq: "Bu gənclərin dövlət qulluğunda işləmək üçün motivasiyalarlını artırmış olacaq, peşəkar mütəxəssislər işləmək üçün dövlət sektorundan özəl yerlərə keçməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB