“Biz təmiz planetdə yaşamaq istəyirik” adlı layihənin yekun hesabat tədbiri keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sponsorluğu ilə Azərbaycan Respublikası Uşaq Təşkilatının (ARUT) "Biz təmiz planetdə yaşamaq istəyirik" adlı layihəsinin yekun hesabat tədbiri keçirilib. Tədbirdə çıxış edən ARUT-un sədr müavini Rüxsarə Axundova layihədə 18, 20, 167 saylı orta məktəblərdən 200-ə yaxın şagirdin iştirak etdiyini deyib. O, qeyd edib ki, layihənin əsas məqsədi ətraf mühitin təmizliyinin qorunub saxlanılmasına, məktəblərdə bu sahə üzrə maarifləndirmə işinin gücləndirilməsinə dəstək olmaq idi: "Nəticədə şəhərimizin ekoloji vəziyyətinə məktəbli perspektivi ilə yanaşılaraq şagirdlərin bu məsələdə rolunun artırılmasına və mobilliyinə nail olundu. Layihənin hədəf qrupunu 5-8-ci sinif şagirdləri təşkil edib. Bu işdə 11-14 yaşlı yeniyetmələri seçməyimizin səbəbi bu yaş dövründə məktəblilərin ətrafda baş verən hadisələrə daha həssaslıqla yanaşmalarıdır".
Daha sonra çıxış edən edən ARUT-un sədr müavini Roza Fərzəliyeva isə layihə çərçivəsində fəal uşaqlardan ibarət " Yaşıllar Qrupu"nun yaradıldığını bildirib. O, vurğulayıb ki, layihə çərçivəsində atılan addımlar maarifləndirmə xarakterli fəaliyyət növləri vasitəsilə həyata keçirilib: "Bununla da şəhərimizdəki ekoloji vəziyyətin pozitiv yönümdə dəyişikliyinin məhz biz vətəndaşlardan asılı olduğu bir daha diqqətlərə çatdırıldı".
Tədbirin sonunda " Yaşıllar Qrupu" tərəfindən meyvələrlə bağlı kiçik səhnəcik nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB