"Dövlət qulluğunda çalışanların maaş və təqaüd məsələsi barəsində düşünməliyik"

"Dövlət qulluğunda çalışanların maaş və təqaüd məsələsi barəsində düşünməliyik"

"Azərbaycanda bir sıra sahələrdə sistem qurulmalıdır. SİA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nüçayəndəliyinin rəhbəri Kestutis Yankauskas Tvinninq layihəsinin bağlanış mərasimində çıxışı bildirib. Bir sıra sahələrə nəzər yetirdiklərini deyən Avropa İttifaqının nümayəndəsi söyləyib ki, təhsil, səhiyyə, sosial, müdafiə sahələrində yeni sistem qurulmalı, bu sahələri dövlət qulçuları idarə etməlidir: "Eyni zamanda dövlət qulluğunda çalışanlar seçilməli, onların maaş və təqaüd məsələsinin necə həll edilməsi barəsində düşünməliyik".

O qeyd edib ki,tvninq layihəsi çərçivəsində 28 sistem birgə işlənilib:" Bu sistem milli sistemdən daha effektiv nəticələrə malikdir. Burada konkret qaydalar var ki, hər kəs ona əməl edir. Bu gün dünyada reytininqinin onulluğuna baxsanız onların içərsində dördlüyə malik olan ölkələrin Avropa birliyinə məxsus olduğunu görərsiniz. Bu layyihə sizə imkan verir ki, bizim etdiyimiz səhvləri etməyəsiniz".

2019-cu il üçün Azərbayvan prezidenti İlham Əliyev tərəfindən konkret məqsədlər təyin edib: "Fikrimcə, layihə çərçivisəsində qiymətləndirmə, maaş mükafatlandırma sistemin qurulması vacibdir. Ümid edirəm ki, Avropa birliyi ilə Azərbaycan arasındakı müzakirələr gələcək münasibətlər arasında bünövrə quracaq. Azərbaycanın dövlət qulluğu sistemi daha effekti və güclü olacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə