"Ali təhsil əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunmalıdır"

"Ali təhsil əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunmalıdır"

"Qiymətləndirmə və qərar qəbuletmə - fərdi və institusional həllər". Bu 2 amil – qiymətləndirmə və qərar qəbuletmə - dövlət qulluğu sahəsində çalışan insanlar üçün daha böyük məna kəsb edir, ona görə ki, əgər hansısa özəl sahədə çalışan işçinin verdiyi qərar həmin şirkətin çalışdığı sahəyə şamil olunursa, dövlət qulluqçusunun qəbul etdiyi qərar bütün ölkəyə tirajlanır və onun verdiyi səhv qərarın nəticələri miqyas və əhatə baxımından digər insanların qərarı ilə müqayisə olunmazdır. Bunu hər bir dövlət qulluqçusu aydın şəkildə anlamalıdır". SİA-nın xəbərinə görə bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsi nə dəstək" adlı Tvinninq layihəsinin bağlanış mərasimində çıxış edərkən deyib.

O bildirib ki, bu baxımdan dövlət qulluğu vəzifələrinə seçim prosesində obyektiv qiymətləndirmənin aparılması özünün birbaşa təyinatından daha geniş kontekstdə dəyərləndirilməlidir: "Bu proses ali təhsilin müxtəlif səviyyələrində tətbiq olunan mərkəzləşdirilmiş qəbul sistemini məntiqi cəhətdən tamamlayır və davamlı öyrənmənin, sağlam rəqabət qabiliyyətinin həyatda irəliləmənin əsas meyarı olması barədə cəmiyyətdə fikir formalaşdırır. Bununla bağlı, dövlət qulluğu sahəsinin inkişaf etdirilməsi birbaşa təhsil sistemi ilə bağlıdır. Bu sahədə biz təkcə dövlət qurumları ilə deyil, ali təhsil ocaqları ilə də sıx əlaqələr qurmalıyıq. Ali təhsil müəssisələrimizdə təhsil əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə