Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentdə akkreditasiyadan keçən jurnalistlərə müraciət edərək onları əməkdaşlığa çağırıb. SİA-nın xəbərinə görə, komitənin bu gün keçirilən iclasında çıxış edən H. Rəcəbli söyləyib: "İnanın, kütlə psixologiyasına uyan insanlarımız var. Sosial şəbəkələrdə yalanın birini yazırlar, bütün ölkəboyu müzakirə olunur. Bir nəfər soruşmur ki, bəlkə belə deyil? Biz hər zaman jurnalistlərlə görüşürük. Parlament jurnalistlərinə müraciət edirəm ki, siz bizim yanımızda olmalısınız... Təəssüflə qeyd etmək istərdim ki, Milli Məclisə gəlib-gedənlərin arasında mənfur düşüncəyə sahib insanlar var, onlar yanlış fikir yayırlar. Sanki, bilərəkdən belə edirlər. Əlbəttə ki, problemsiz cəmiyyət yoxdur, bunu kim inkar edir ki?”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB