AZAL əşyalarını təyyarədə unutmuş sərnişinləri axtarır FOTO

AZAL əşyalarını təyyarədə unutmuş sərnişinləri axtarır FOTO

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə müraciət edib. SİA-nın məlumatına görə, müraciətdə deyilir ki, AZAL-ın və onun törəmə strukturu olan “Buta Airways” aviaşirkətinin təyyarələrində bəzi əşyalar unudulub.

“Əgər bu əşyaların sahibləri və yaxud bu əşyaları unudan tanışlarınız varsa, zəhmət olmasa, AZAL-ın itmiş əşyalar xidməti ilə (+994 12) 497-26-00 (daxili 30-81;22-05) və yaxud [email protected] e-poçt ünvanları vasitəsi ilə əlaqə saxlamağa xahiş edirik”, - deyə müraciətdə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə