Polis əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 21-də Şirvan şəhəri ərazisində neft quyusunun istismardan çıxarılmış borusunu kəsərək oğurlamağa cəhd göstərən 3 nəfər Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.
Şəhər Polis Şöbəsinə təhvil verilən həmin şəxslərin şəhər sakinləri Qaraxan Əzimov, Fadil Bəxtiyarov və Şəmsəddin Zərbəliyev olduqları müəyyən edilib.
Araşdrıma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB