"20 Yanvar Azərbaycan xalqına qarşı törədilmiş cinayət hadisəsidir" - MÖVQE

"20 Yanvar Azərbaycan xalqına qarşı törədilmiş cinayət hadisəsidir" - MÖVQE

"20 Yanvar 1990-cı il gecəsi Bakıda və Azərbaycan rayonlarında baş verənlər SSRİ hakmiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayət hadisəsi idi. Ermənistanın Azərbaycan torpaqlarına iddiasına cavab vermək yerinə M.Qorbaçov və komandası dinc sakinləri gecə ilə gülləbaraban etdilər". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olundu: "Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır".

Bütün xəbərlər Facebook səhifəmizdə