Azərbaycanda zəlzələ olub

Ağsu rayonunda zəlzələ olub. Bu barədə SİA-ya Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Mərkəzin məlumatına görə, zəlzələ yerli vaxtla saat 08:29-da Pirqulu stansiyasından 24 kilometr cənub-qərbdə, 3,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə