Azərbaycan Respublikası Dövlət Neft Şirkətətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsi hər il olduğu kimi bu dəfə də Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şənliklər təşkil edib, balacalara xoş bayram ovqatı yaşadıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dekabrın 28-dən başlanan şənliklər ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən uşaq bağçaları və mədəniyyət saraylarında, Sumqayıtda yerləşən "Kimyaçı" mədəniyyət sarayında və Çilov adasında keçirilib, balacalara əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Bu tədbirlərə neftçi övladları ilə yanaşı, internat məktəblərində oxuyan kiçikyaşlı şagirdlər və aztəminatlı ailələrdən olan uşaqlar da qatılıbar. Bayram şənliklərində uşaqların hər birinə ARDNŞ tərəfindən bayram hədiyyəsi təqdim edilib. Bayram tədbirlərinin gedişində keçirilən şən və maraqlı viktorinaların qaliblərinə isə əlavə hədiyyələr verilib.
Ümumilikdə 48 min uşağa bayram sevinci yaşadan bu tədbirlər ARDNŞ-nin 39 uşaq bağçasında Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamenti, 7 mədəniyyət sarayında və Çilov adasında isə Mədəniyyət və İstirahət İşləri Departamenti tərəfindən təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB