Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub Qərargah

Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub Qərargah

Yanvarın 17-si saat 21:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti saniyədə 26-31 metrə bərabərdir. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış qərargahdan məlumat verilib.

Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə