Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, müdafiə nazirinin müvafiq göstərişi tabeçilikdə olan birlik və birləşmələrə çatdırılıb. SİA-nın verdiyi məlumata görə, bunu müvafiq xəbərdarlıqla əlaqədar hərbi hissələrdə görülən tədbirlər barədə göndərilən sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildiriblər.
Açıqlamada bildirilib ki, göstərişə əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının, eləcə də döyüş texnikası və hərbi obyektlərin qorunması məqsədilə bütün hərbi hissələrdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB