Ərzurum, Ərzincan, Tuncəli, Ardahan və Qarsın 220 kəndi ilə əlaqə kəsilib

Ərzurum, Ərzincan, Tuncəli, Ardahan və Qarsın 220 kəndi ilə əlaqə kəsilib

Güclü qar və sərt şaxta Türkiyənin şərq hissəsində bir sıra problemlər yaradıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərzurum, Ərzincan, Tuncəli, Ardahan və Qars vilayətlərində 220 kəndlə əlaqə kəsilib. Məktəblər bağlanıb.

Yollarda qarın hündürlüyü bir metri ötüb. Ərzurum-Çat-Bingöl şosesi hələ də bağlıdır. Ardahan-Posof və Qars-Digor yolları nəqliyyatın hərəkətinə açılsa da sürüşkənlik ciddi təhlükəyə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə