Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar FOTOLAR

Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar FOTOLAR

Pekində Azərbaycan Turizm Bürosu, Azərbaycan Hava Yolları və Çin Xalq Respublikasının aparıcı turizm şirkəti olan “ETI-Holidays” (Beijing HUAYUAN International Travel co., LTD) arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. SİA-nın məlumatına görə, memorandumda Pekin-Bakı təyyarə uçuşlarında çinli turistlərin Azərbaycana səfəri və Bakı üzərindən digər ölkələrə səfərinin təşkil edilməsi ilə Bakının tranzit rolunun artırılması nəzərdə tutulur. Eləcə də “ETI-Holidays” şirkəti Azərbaycanın turizm potensialının təbliğinə və yeni destinasiya brendinin yerli turistlərə tanıdılması işinə dəstək verməyi öhdəsinə götürür.

Tədbirdə Azərbaycan Respublikasının ÇXR-dəki səfirliyinin, ticarət nümayəndəliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndə heyəti iştirak edib.

Memorandum Azərbaycan və Çin arasında turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Məlumat üçün bildirək ki, 2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə