Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirilməsi ilə bağlı müraciətinə cavab verib .
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, meriya “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla yanvarın 19-da 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verib.
Toplantı təşkilatçılarından xahiş olunub ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB