Bu gün Yasamal rayonunun Heydər Əliyev Mərkəzində Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin və Yasamal Rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximiz milli dəyərimizdir” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə,tədbirdə ilk olaraq Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının müxbir-üzvü Elvin Talışınski çıxış etdi və 20 yanvar hadisəsinin tarixi əhəmiyyətindən bəhs edərək bu sahədə dövlət qurumlarının, həmçinin vətəndaş cəmiyyətinin üzərinə çox məsuliyyətli iş düşdüyünü vurğulayıb.
Yasamal Rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov, Mərkəzin Baş fond mühafizi Azər Zeynalzadə, Dünya Azərbaycanlarının Beynəlxalq Həmrəyliyi İctimai Birliyinin prezidenti Tofiq Əli-zadə və başqaları bu tarixin qeyd edilməsinin zərurətindən və əhəmiyyətindən danışıblar. Onlar bu faciənin tarixi, sosial mahiyyətinin gənclərə aşılanması istiqamətində dövlət siyasətinin və bu cür tədbir və layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Sonra Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin hazırladığı 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “TARİXİMİZ MİLLİ DƏYƏRİMİZDİR” adlı filmin təqdimatı baş tutub. MMDD ictimai birliyinin sədr müavini Qorxmaz Paşayev layihənin və filmin çəkilməsinin məqsədindən, MMDD ictimai birliyinin sədr müavini Nərminə Quliyeva filmdə iştirak edən gənclər və layihənin ərsəyə gəlməsi haqqında məlumat veriblər.
MMDD ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Xədicə Azad isə layihənin faydaları və mətbuata çatdırılmasının əhəmiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarına film təqdim olunub. Filmin təqdimatından sonra iştirak edən gənclərə söz verildi və xatirə şəkilləri çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB