Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmaları 246,5 mln. manat və ya 11,8%artaraq 2332,2 mln. manata çatıb. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyri-büdcə sektorundan sosial sığorta haqlarının toplanmasında da müsbət nəticə əldə edilib. Belə ki, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artım qeydə alınıb və bu istiqamət üzrə proqnozun icrası 106,1% (86 mln. manat və ya 6,1% çox) yerinə yetirilib.
Fərdi uçot sistemində şəxsi hesabların sayı isə 170 min artaraq 3 736 551-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB