Millət vəkili: “2011-ci ildə pensiya və maaşlarda artım gözlənilir” - AÇIQLAMA
"2011-ci ildə pensiya və maaşlarda artım gözlənilir". Bu barədə SİA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Artımlarla bağlı 2011-ci ilin dövlət büdcəsinə vəsait ayrıldığını deyən millət vəkilinin sözlərinə görə, artıma səbəb olan digər amillərədən biri də büdcədə əmələ gələn artıqdır: "Biz büdcədə neftin qiymətini 45 dollar nəzərdə tutmuşduq, ancaq indi dünya bazarında neftin qiyməti 90 dollara çatıb. Bu da büdcədə artığın yaranmasına gətirib çıxaracaq. Büdcə artığı əmələ gələn kimi o, xalqın güzəranının yaxşılaşdırılmasına yönəlir. Bu da o deməkdir ki, sosial siyasətdə son yoxdur. Ölkəmizin sosial siyasəti daimi inkişaf edir".
Açıqlaması zamanı 2011-ci ildə komitə tərəfindən hazırlanan qanun layihələri haqqında da məlumat verən komitə sədri bildirib ki, hazırda komitədə "Sosial xidmət" və "Sosial iş" haqqında qanunlar hazırlanır.
H. Rəcəblinin sözlərinə görə, əlillərə qulluqla bağlı sosial iş və psixoloqlar artmalıdır: "Ümumiyyətlə, cəmiyyətdə sosial işçi institutu yeni bir institut kimi yaradılır. Uşaq evlərində qalan uşaqlar indi artıq tərbiyəçi və ya müəllimlə deyil, sosial işçi ilə təmin olunurlar. Uşaqlar ailələrinə verilir, sosial işçilər də həmin ailələrə gedib xəstə uşaqlara orada baxırlar. Ona görə də ölkədə sosial iş önəmlidir".
O vurğulayıb ki, komitədə həmçinin "Xəstənin hüquqları" haqqında qanun layihəsi üzərində iş aparılır: "Bundan əlavə, biz bu il "Bioetika" haqqında qanun hazırlıyırıq. Bütün bunların əhalinin sosial güzəranının yaxşılaşdırılmasına xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB