Sabah Sumqayıtdan bu qəsəbəyə gedən yol bağlanacaq

Sabah Sumqayıtdan bu qəsəbəyə gedən yol bağlanacaq

Sumqayıt şəhərinin girəcəyindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolun üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri ilə bağlı sabah sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq”.

Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Sürücülər alternativ olaraq Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə