Nişanlısı ilə qucağlaşdığına görə ali məktəbdən qovuldu

Nişanlısı ilə qucağlaşdığına görə ali məktəbdən qovuldu

Misirdə Əl-Azhar universitetinində oxuyan tələbə qız öz nişanlısı ilə qucağlaşdığına görə ali məktəbdən qovulub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ötən həftə sosial şəbəkələrdə qızla bağlı video yayımlanıb. Videoda bir oğlanın qıza gül verdiyi və onun qarşısında diz çökərək evlənmək təklifi etdiyi və daha sonra onu havaya qaldıraraq qucaqıladığı əks olunub. Video qızın oxuduğu ali məktəbdə deyil, oğlanın təhsil aldığı Əl-Mansur universitetində çəkilsə də, Əl-Azhar universitetinin mətbuat katibliyindən açıqlanan məlumata görə, universitet nizamnaməsinin müddəalarına uyğun olaraq qız ali təhsil ocağından xaric edilib.

Hazırda universitet rəhbərliyinin qərarına etiraz olaraq apellyasiya komissiyasına müraciət etmək hüququna malik olduğunu aydınlaşdırılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə