Bakı-Sumqayıt elektrik qatarı iki gün işləməyəcək

Bakı-Sumqayıt elektrik qatarı iki gün işləməyəcək

Təmirlə əlaqədar Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ikigünlük ləğv ediləcək.

Bu barədə SİA-ya Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 12-13-ü tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə