Sutka ərzində Suriyaya 800-dən çox qaçqın geri qayıdıb

Sutka ərzində Suriyaya 800-dən çox qaçqın geri qayıdıb

Sutka ərzində İordaniya və Livandan Suriyaya 800-dən çox qaçqın qayıdıb. SİA-nın xəbərinə görə, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 811 qaçqın geri dönüb. Belə ki, Livanın "Jaydet Yabus", "Tell-Kalah" keçid məntəqələrindən 22-si qadın, 37 uşaq daxil olmaqla ümumilikdə 74 nəfər, İordaniyanın “Nasib” keçid məntəqəsindən isə 221-i qadın, 376-sı uşaq olmaqla ümumilikdə 737 nəfər Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.

Həmçinin bildirilib ki, gün ərzində 298 nəfər ölkə daxilində daimi yaşayış yerlərinə qayıdıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə