Media rəhbərləri "Səs" qəzeti barədə nə düşünür? - MÜNASİBƏTLƏR

Media rəhbərləri "Səs" qəzeti barədə nə düşünür? - MÜNASİBƏTLƏR

“Səs" qəzeti” Azərbaycan xalqının haqq səsinə çevrilib

Elçin Mirzəbəyli, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:

- "Səs" qəzeti Azərbaycanın mətbuat tarixində öz yeri, öz çəkisi olan bir qəzetdir. Azərbaycançılıq ideyasının, istiqlal məfkurəmizin təbliğində, milli və dövlət maraqlarımızın qorunması istiqamətində yürüdülən siyasətin dəstəklənməsində "Səs"in xidmətləri əvəzsizdir. Yanvarın 11-də Azərbaycan mətbuat tarixində özünəməxsus yeri, rolu olan, yeni mətkəb yaratmış "SƏS" qəzetinin 28 yaşı tamam olacaq. Bu illər ərzində "Səs" öz fəaliyyətini xeyli genişləndirib və böyük bir media qrupuna çevrilib, fəaliyyətini uğurla, yüksək peşəkarlıqla davam etdirir. "Səs" qəzetinin Baş redaktoru, dəyərli dostum Bəhruz Quliyevi və bütün həmkarlarımı mətbu orqanının 28-ci ildönümü münasibətilə təbrik edirəm. Bir daha dəyərli həmkarlarımı təbrik edir, yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayıram. Hə zaman "Səs"iniz gəlsin!.

"Səs” qəzeti tariximizə mübariz KİV kimi düşüb

Namiq Əliyev, “Palitra"” qəzetinin baş redaktoru:

- Milli mətbuatımızın yaranmasından bu günədək tariximiz çoxsaylı qəzetlərə şahidlik edib. Bu qəzetlər müxtəlif adlar altında nəşr olunduqları kimi, hər birinin fəaliyyət istiqamətləri, məqsəd və məramları fərqli olub. Onların içərisində ən çox yad edilənlər, dəyər verilənlər isə Vətənə, millətə, dövlətə sədaqətlə xidmət edənlərdir. Yaşadığımız çağda da bu kriteriyalar öz aktuallığını qorumaqdadır. Ona görə də müasir mətbuatımızda milli və dövlət mənafelərimizin qorunması cəbhəsində ən fədakar çarpışanlardan birinin “Səs” qəzeti olduğunu söyləsək, yəqin ki, yanılmarıq. Yarandığı ilk günlərdən “Səs"” Azərbaycan xalqının haqq səsinə çevrildi.Bu gün isə “Səs”, həm də Azərbaycan dövlətinin səsinin daha gur səslənməsi işinə xidmət edir. “Səs”in əməkdaşları da mətbuatda gur səsləri ilə seçilirlər. Onların sosial şəbəkələrdəki fəallıqları təqdirəlayiqdir. Bugünlərdə “Səs” növbəti yubileyini qeyd edir. Arzumuz budur ki, Azərbaycan var olduqca “Səs”in səsi gəlsin!

İlham Quliyev, "Kaspi" qəzetinin Baş redaktoru:

- 28 yaşını qeyd edən "Səs” qəzeti tariximizə mübariz KİV kimi düşüb. Bu gün birmənalı şəkildə demək olar ki, qəzetin öz xətti və auditoriyası var. Azərbaycan mətbuatı tarixində öz yeri, dəsti-xətti və xüsusi çəkisi olan qəzet 28 illik fəaliyyəti dövründə çox şərəfli bir yol keçib. "Səs” qəzeti YAP-ın ideoloji-siyasi kursunun təbliğində mühüm rol oynamaqdadır. Qəzet daim ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq qalıb. Fəaliyyətinin ilk illərində o dövrdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən ulu öndər Heydər Əliyevin verdiyi bütün qərarlar "Səs" qəzeti vasitəsilə cəmiyyətə çatdırılıb. Qəzet fəaliyyətdə olduğu müddətdə cəmiyyətimizin bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları, o cümlədən, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyasını hər zaman diqqət mərkəzində saxlayır. Qəzet düzgün idarəetmə sayəsində illər keçdikcə daha da böyüyüb və media qrupa çevrilib. Bu gün Səs Media Qrupunda qəzetlə yanaşı, SİA kimi agentlik, SƏS TV kimi internet televiziyası da fəaliyyətdədir. Rəngarəngliyi, aktual mövzuları ilə oxucuların sevgisini qazanan qəzet sözün məsuliyyətini dərindən dərk edərək və jurnalistikanın şərəfli ənənələrini yaşadaraq milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasında və inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərib. Ümidvaram ki, "Səs" qəzeti bundan sonra Azərbaycanın media müstəvisində öz layiqli yerini tutmaqda davam edəcək. Mən də Bəhruz müəllim başda olmaqla qəzetin bütün kollektivini təbrik edir və gələcək fəaliyyətlərində yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

"Səs" qəzeti dövlət quruculuğunun fəal iştirakçısı olub

Aydın Quliyev, "Bakı xəbər" qəzetinin baş redaktoru

"Səs" qəzeti Azərbaycanın mətbuat tarixində və müasir media ailəsinfə öz üslubu və yarafıcılıq xətti ilə seçilən orqanlardan biridir. Yarandığı gündən dövlətçilik prinsipi ilə mətbuat mənafelərini bir-birinə bağlamaq vəzifəsini layiqincə yetinə yetirir. Dövlət müstəqilliyi tariximizlə həmyaşıd olmaq onu müasir mətbuat ailəsində çoxlarından fərqləndirən əsas xüsusiyyətlərdın sayılır. Dövlətçikik tarixi ilə həmyaşıdlıq və qocamanlıq formal xarakter daşımır. Məsələnin məzmununda da çox böyük mətləblər var. Mətləb ondadır ki, "Səs" müstəqil dövlətçiliyin ilk quruculuq proseslərinin, xalqın iradəsinə uyğun hakimiyyətin qurulmadı və möhkəmləndirilməsi prosesinin çox fəal iştirakçısı, hətta ideoloji bazalarından biri olub, bu gün də həmin yoldadır. Bu cür tale tək-tək media orqanlarına nəsib olur. "Səs" qəzeti dövlətimizin daxili və xarici siyasətinə ideoloji-təbliğat müdafiəsinin qurulmasında səylərini davam etdirir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sədaqət və ardıcıllıq "Səs" qəzetinin keçmiş və gələcək daha böyük uğurlarının müstəsna təminat şərtidir. Heydər Əliyevin dövlətçilik kursunu siyasi partiya kimi mütəşəkkil və sistemli qaydada müdafiə etmək onun özünəxaslığını müəyyən edən qabarıq xüsusiyyətlərdən biridir. "Səs" kolkektivində rəhbərlərdən tutmuş sıravi müxbirlərə qədər çoxları ilə şəxsi münasibətlərimiz olub və davam edir. Uzun illərin tanlşlıq və həmkar əməkdaşlığı çərçivəsində gəldiyim ən böyük qınaətlərdən biri budur ki, bu insanlar getdikləri yola ürəkdən bağlıdır və aparılan dövlət siyasətinin, şəxsən Prezidentin çeşidli fəaliyyətinin dərindən izah edilməsinin nə qədər vacib olduğunu dəqiq anlayır. Bir sözlə bu insanlar media və dövlətçilik sistemində öz yerlərini ğörən və öz töhvələrini vermək istəyən insanlardır. "Səs" qəzetinin fərqli bir cəhətini də qeyd etmək istərdim. Bu qəzet media generesiyası deyilən bir gücə artıq sahib ola bilib. Bu güc o deməkdir ki, tək "Səs" qəzetinin ideya, təbliğat, yaradıcıllq və resursları üstündə bütöv bir media holdinq qura bilib. "Səs"in televiziyası və digər strukturları generativ media gücünün real təzahürləridir. Bunlar həm də böyük inkişafın əlamətləridir. Bu nəticəlırin əkdə olunmasında şəxsən baş redaktor Bəhruz Quliyevin və kollektivin mühüm rolu var. Uzun tarix yaşamaqda olan qəzetinizin il dönümümübarək, dostlar!

"Səs" qəzetinin keçdiyi yol Azərbaycan mətbuatı üçün bir məktəbdir

Sevinc Seyidova, "Həftə içi" qəzetinin təsisçi və baş redaktoru

"Səs" qəzeti müstəqil Azərbaycan mətbuatı tarixində ilk qaranquşlardandır. 1991-ci il yanvarın 11-dən nəşrə başlayan qəzet daim dövlət və milli maraqlardan çıxış edib, tutduğu yola həmişə sadiq qalıb. "Səs" qəzeti bir mətbu orqan kimi bütün mənalarda xalqın səsini əks etdirir, oxuculara yenilikləri çatdırır.

"Səs" qəzetinin keçdiyi yol Azərbaycan mətbuatı üçün bir məktəbdir. Bu gün "Səs" qəzeti gündən-günə təkmilləşir və inkişaf edir. Ölkənin ən aparıcı mətbuat orqanı olaraq öz tarixi ənənələrinə və missiyasına sadiq qalaraq, səmərəli fəaliyyət göstərir. "Səs" qəzetinin yaradıcı kollektivi daim hadisələrin önündə getməyə, prosesləri obyektiv şəkildə işıqlandırmağa çalışır. Qəzetin fəaliyyət imkanları da artır. Artıq "Səs"in bazasında "Səs" İnformasiya Agentliyi (sia.az) də fəaliyyət göstərir. "Həftə içi" qəzetinin kollektivi adından "Səs" qəzetinin redaksiya heyətini yubiley münasibəti ilə təbrik edirik, yeni-yeni yaradıcılıq uğurları, müvəffəqiyyətlər arzulayırıq. Ümid edirik ki, qəzet hələ uzun illər daşıdığı missiya ilə Azərbaycan dövlətçiliyinə xidmət göstərəcək və öz fəaliyyətini uğurla davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə