Dost və qohumlarla tez-tez görüşmək ömrü uzadır TƏDQİQAT

Dost və qohumlarla tez-tez görüşmək ömrü uzadır TƏDQİQAT

İngiltərənin Universitet Kollecinin (Böyük Britaniya) bir qrup tədqiqatçısı ömür sürətinə və yaşlanma prosesinə təsir edən sosial faktorları müəyyənləşdiriblər. SİA-nın xəbərinə görə, elm adamları yoldaş və sevilən qohumlarla tez-tez görüşmənin həyat sürətinə təsir göstərdiyini və yaşlanma prosesini yavaşlatdığını təsbit ediblər.

Tədqiqatçılar təxminən dörd il ərzində 50 il və daha çox yaşda olan 7304 nəfərinin həyatını müşahidə ediblər.

Nəticədə qohumları ilə ünsiyyətə daha çox diqqət yetirən yaşlı insanların daha güclü sağlamlığa malik olduğu müəyyənləşib.

Sağlamlıq vəziyyəti yaxşı olan insanların 73% -dən həftədə ən azı bir dəfə dostları ilə görüşüb, idman zalı, muzey, teatr və dini qurumları ziyarət edib, ictimai təşkilatlarda olublar.

Tədqiqatçıların fikrincə, yaşlı insanların fəal həyatı onların özlərini yaxşı hiss etməsində vacib və əhəmiyyətlidir. Belə olan halda, onların sağlamlığı pisləşmir və həyat yaşlı insanlara daha çox sevinc gətirir.

Qeyd edək ki, bundan əvvəl də elm adamları qadınların daha aktiv həyat yaşaması və eləcə də cinsi xromosomlarla əlaqədar kişilərə nisbətən daha uzun ömürlü olduğunu açıqlamışdılar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə