Şəmsəddin Hacıyev: “Bu gün ölkədə uşaq bağçaları çatışmadığından belə təhsil müəssisələrində qiymətlər də xeyli yüksəkdir” - AÇIQLAMA
"Bu gün açıq etiraf edək ki, bəzi rayonlarımızda, kəndlərimizdə kadr çatışmazlığı problemi var. Universiteti qurtaran tələbələr, hazır kadrlar ya həmin rayonlara getmir, ya da gedib bir il işlədikdən sonra geri qayıdırlar". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. O bildirib ki, bunun üçün həvəsləndirmə tədbirləri həyata keçirilməlidir. Təhsil naziri Misir Mərdanovun bölgələrdəki ali məktəblərdə balların aşağı salınması fikrini dəstəkləyən Ş.Hacıyev qeyd edib ki, bunu həvəsləndirmə vasitəsi kimi istifadə etmək olar. Onun sözlərinə görə, həqiqətən rayon yerlərində kadrlara ciddi ehtiyac olan sahələrdə bundan həvəsləndirmə tədbiri kimi istifadə olunmalıdır. Amma bunun kütləvi sürətdə həyata keçirməyin düzgün olmadığını söyləyən komitə sədri vurğulayıb ki, bilik bilikdir və tələbələr yeganə meyar əsasında ali məktəbə qəbul olunmalıdır.
"Hansı regionlarda kadrların çatışmadığını konkret deyə bilmərəm. Bunu araşdırmaq lazımdır. Bəzi bölgələr var ki, müəllim çatışmazlığı problemi var. Bu məsələ dəfələrlə deyilib, lakin hələ də tam olaraq öz həllini tapmayıb", - deyə o əlavə edib.
Daha sonra Ş.Hacıyev məktəbəqədər təhsil müəssisələrindəki bəzi problemlər və məsələlərə də aydınlıq gətirib. O bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin madddi-texniki bazasının möhkləmləndirilməsi üçün ölkə rəhbərliyi tərəfindən xüsusi dövlət proqramı qəbul olunub, onun icrası üçün böyük məbləğdə maliyyə vəsaiti ayrılıb: "Bu məsələlərin həll olunması üçün müəyyən zamana ehtiyac var. Özəl uşaq bağçalarındakı yüksək məbləğlərə gəlincə qeyd edim ki, ilk öncə uşaq bağçaları arasında sağlam mühit yaradılmalıdır, çünki bu mühit yarananda qiymətlər özləri aşağı düşəcək. Bu gün uşaq bağçaları çatışmadığından belə təhsil müəssisələrində qiymətlər də xeyli yüksəkdir. Hazırda bazar iqtisadiyyatıdır və burada ilk növbədə sağlam mühit qurulmalıdır. Bundan sonra bütün məsələlər tədricən öz həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB