Türkiyənin 12 vilayətində dərslər dayandırılıb. Buna səbəb güclü qar yağması və kəskin dəyişən soyuq hava şəraiti olub. SİA-nın verdiyi məlumata görə, bir neçə gündür Türkiyədə aramsız qar yağır.
Həyatı iflic edən hava axını daha çox Türkiyənin Amasya, Sivas, Çanaqqala, Balıkəsir, Bingel, Bitlis, Tünceli, Dənizli, Batman, Konya, İsparta və Ağrı vilayətlərini əhatə edir.
Məlumat üçün bildirək ki, bir neçə gündür İstanbul və Bursa ərazisində əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq dəniz reysləri də təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB