İş adamı polkovnik-leytenantın cərrahiyyə əməliyyatına dəstək oldu - ÖZƏL
Torpaq anadır, torpaq müqəddəsdir. Bu müqəddəs torpaq uğrunda nə qədər canından, sağlamlığından keçən igid Azərbaycan övladlarımız var. Məmləkətimizin var olmasında bu övladların payı, xidməti danılmazdır. Bu vətən fədailərinə can yandıran, ürəklə yanaşan, həlal malından, mülkündən pay ayıran igid, vətənpərvər oğullarımız da bir o qədər qəhrəmandırlar. Bu baxımdan, 30 ildir vətənpərvərliyi ilə tanınan iş adamı Füzuli Məmmədovun atdığı növbəti xeyirxah əməli olduqca təqdirəlayiq və nümunəvidir. Füzuli müəllim bu dəfə muharibə veteranı,Qarabag qazisi, 25 ildən çox xidməti olan polkovnik-leytenant Əlyar Mirzəyevin cərahiyyə əməliyyatına kömək göstərməklə daha bir nümunəvi addım atıb.
Qeyd edək ki, iş adamı Füzuli Məmmədov Qarabağ qazilərinə daim diqqət və qayğı ilə yanaşıb. O, 12 qazi və şəhid ailəsinə mənzil bağışlamış, onlarla qazini müalicə etdirmiş, bir neçə tələbəyə və imkansız ailələrə öz köməyini göstərmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB