Anomal soyuq Rusiyanı ağuşuna alıb. SİA-nın Rusiyanın Hidrometeoroloji Mərkəzinə istinadən verdiyi xəbərə görə, Orta Volqa bölgəsində temperatur kəskin şəkildə aşağı düşüb. Belə ki, Samara, Ulyanovsk və Orenburqda havanən temperaturu normadan 10 dərəcədən aşağı düşüb və hazırda havanın temperaturu 20 dərəcə şaxta müşahidə olunur. Məlumata görə, havanın temperaturunun - 28 dərəcəyə qədər enəcəyi gözlənilir.
Hazırda dörd Volqa bölgəsində havada 21 dərəcə şaxta var. Çelyabinsk havanın temperaturunun - 30 dərəcəyə düşəcəyi gözlənilir.
Rusiyada anomal hava şəraiti yanvarın 12-dək davam edəcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB