Azərbaycan və MDB ölkələri mobil rabitənin yeni tezliyə keçirilməsi üçün danışıqlar aparır

Azərbaycan və MDB ölkələri mobil rabitənin yeni tezliyə keçirilməsi üçün danışıqlar aparır

Azərbaycan və digər MDB ölkələri 694-790 meqaherts tezliklərin mobil rabitənin ehtiyacları üçün boşaldılması üzrə danışıqlara başlayıb. Bunu Trend-ə müsahibəsində Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (ITU) Radiorabitə Bürosunun direktoru Fransua Ransi deyib.

O bildirib ki, Azərbaycan həmin spektrdə tezliklərdən istifadə etməsi üçün qonşularla razılıq əldə etməlidir: “Bu istiqamətdə danışıqlar başlayıb. Biz bir neçə görüş keçirmişik. MDB ölkələri bir müddət əvvəl 694-790 meqaherts tezliklərin mobil rabitə üçün istifadəsi ilə bağlı danışıqları başlamaq razılığına gəlib”.

ITU-nun teleyayımın tətbiqi ilə bağlı münaqişəli məsələləri həll etmək üçün hüquqi mexanizmlərinin olub-olmaması barədə sual cavab verən F.Ransi bildirib ki, ITU yalnız maraqlı tərəflər arasında görüşləri əlaqələndirə bilər: “ITU qərar təklif edə bilər, fəaliyyətə məcbur edə bilməz”.

Bütün xəbərlər Facebook səhifəmizdə