Dövlət Dəniz Akademiyasının rektoru vəfat edib

Dövlət Dəniz Akademiyasının rektoru vəfat edib

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev yanvarın 7-də 56 yaşında vəfat edib. Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndən bildirilib.

Qeyd edək ki, Çingiz Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1987 "Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi başlayıb, sonra kapitan vəzifəsinədək yüksəlib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi 5 il işləyib.

1993-1996-cı illərdə "Xəzərdənizneftdonanma” idarəsində dənizdə təhlükəsiz üzmə xidmətinin rəis müavini və rəisi, "Xəzərdənizneftdonanma” idarəsinin rəis müavini, 1996-2006-cı illərdə "British Petroleum” şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə "Caspian Marine Services” LTD şirkətində direktor vəzifələrində çalışıb. Bu dövrdə "Günəşli” yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, "Çıraq” platformasının özülünün qoyulmasında iştirak edib. 2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə