Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb

Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb

Stavropol vilayətində Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb. SİA-nın RİA "Novosti"yə istinadən məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

"Saat 10.45-də (Bakı vaxtı ilə 11:45) Levokumski kəndinin 1 kilometrliyində Azərbaycan-Moskva marşrutu ilə Azərbaycan vətəndaşlarını daşıyan "Mercedes" markalı marşrut mikroavtobusunun aşması barədə məlumat daxil olub", - deyə məlumatda bildirilir. Qeyd olunur ki, mikroavtobusda 13 nəfər olub. İlkin məlumata görə, 6 nəfər yaralanıb. Xəsarət alanlar Levokumski rayon xəstəxanasına aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə