Ötən il Gürcüstana ən çox Azərbaycan vətəndaşları səfər edib RƏSMİ- STATİSTİKA

Ötən il Gürcüstana ən çox Azərbaycan vətəndaşları səfər edib RƏSMİ- STATİSTİKA

Ötən il Gürcüstana səfər edən turistlərin arasında Azərbaycan vətəndaşlarının sayı çoxluq təşkil edib. SİA-nın Gürcüstanın Milli Turizm Administrasiyasına istinadən verdiyi xəbərə görə, 8 milyon 679,5 xarici turisti qəbul edən Gürcüstana 2018-ci ildə 2017-ci illə müqayisədə 1 milyon 124,6 min (14,9 faiz) çox xarici vətəndaş səfər edib.

Qurumun açıqladığı məlumata görə, 2018-ci ildə bu ölkəni ziyarət edənlər arasında ilk yerdə Azərbaycan vətəndaşları qərarlaşır. Belə ki, ötən il bu ölkəyə 1 milyon 424,7 min həmyerlimiz turist səfəri edib.

İkinci yeri ümumi turistlərin 23.8 faizini təşkil edən Rusiya vətəndaşları tutur ki, bu ölkədən ötən il Gürcüstana gedənlərin sayı 1 milyon 404,9 min nəfər olub. Türkiyə, İran, Ukrayna, İsrail, Hindistan, Qazaxıstan, Belarus, ABŞ, Çin, Almaniya və digər ölkələrin sakinləri də bu Qafqaz ölkəsinin qonaqlarına çevrilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə