Bu il bölgələrdə 5 “ASAN xidmət” istifadəyə veriləcək

Bu il bölgələrdə 5 “ASAN xidmət” istifadəyə veriləcək

Bu il Azərbaycanda daha 5 "ASAN xidmət" mərkəzi əhalinin istifadəsinə veriləcək. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, il ərzində Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakən rayonlarında "ASAN xidmət" mərkəzləri açılacaq.

Bununla da "ASAN xidmət" mərkəzlərinin sayı 20-ə çatmış olacaq. "ASAN xidmət" mərkəzləri olmayan bölgələrdə səyyar "ASAN xidmət" fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə