Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetinin tələbələri Sarıqamış hərəkatı şəhidlərini ehtiramla yad ediblər. SİA xəbər verir ki, Sarıqamış hərəkatının 104-cü ildönümü ilə əlaqədar Qarsda anım mərasimi təşkil olunub. Tələbələr Alisofu şəhidlik məzarına qədər 2 kilometrlik məsafədə yürüş ediblər. Əsgər forması geyinən 500 tələbə havanın mənfi 15 dərəcə olmasına baxmayaraq şəhidlikdə qarovulda dayanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB