Azərbaycana yaz fəsli martın 21-də gələcək

Azərbaycana yaz fəsli martın 21-də gələcək

2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun SİA-ya bildirib ki, yaz fəslinin ölkəmizə qədəm qoyması martın 21-də yerli vaxtla saat 01:58-ə təsadüf edəcək və bu zaman gecə ilə gündüz bərabərləşəcək.

İyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə