Bu il üç dəfə Günəş tutulması baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov SİA-ya açıqlamasında deyib ki, bunlardan biri qismən, biri tam, digəri isə halqavarı olacaq.
İlk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək. Qismən Günəş tutulması yerli vaxtla saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq. Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək. İkinci Günəş tutulması isə iyulun 2-3-də baş verəcək. Bu dəfə Günəş tam tutulacaq və iyulun 2-də saat 20:55-07:01-dək, iyulun 3-də isə 00:44-dən 01.02-dək davam edəcək. Təbiət hadisəsi Sakit okeanın cənub hissəsində və Cənubi Amerikada izlənə biləcək. Üçüncü Günəş tutulması isə halqavarı olacaq.
Dekabrın 26-da saat 06:30-dan 12:06-dək baş verəcək Günəş tutulması Asiya-Avstraliya, Səudiyyə Ərəbistanı, Hindistan və digər ərazilərdən görünəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB